Yaddaşı gücləndirmək üçün 15 faydalı tövsiyə | Güclü yaddaş

İnsanların bir çoxu yaddaşının zəif olmasından şikayət edir. Əslində isə, yaddaşımızı zəif edən bizim seçdiyimiz yanlış həyat tərzi və vərdişlərdir.
Bəs daha yaxşı bir yaddaşa sahib olmaq üçün nə etməli?
15 maddədə bu suala cavab verdik:

1.  YENİ DİL ÖYRƏNİN

Yeni bir dil öyrənmək beyninizi daha funksional edəcək.

Davamlı olaraq yeni şeylər öyrənməklə beynin onları yadda saxlamaq qabiliyyətini artırır.Belə ki, öyrəndiyiniz hər söz beyində yeni neyronlar və bağlantılar yaradır. Öyrəndiyiniz söz və ifadələri  xatırlamaqla həm də beyin məşqi etmiş oluruq.

Yaddaşı gücləndirmək üçün 15 faydalı tövsiyə | Güclü yaddaş


2.  GÜLÜMSƏYİN

Gülmək kortizol səviyyənizi azaldır ki, bu da stressi azalmasına və yaddaşınızın güclənməsinə imkan verir.
Pozitiv bir beyin hər zaman daha yaxşı düşünür və xatırlayır.

3. MOZART DİNLƏYİN

Araşdırmalar göstərir ki, klassik musiqilər dinləmək yaddaşı yaxşılaşdırır. Belə ki, bu musiqilər uzun və qısamüddətli yaddaşınızı gücləndirir və Alzheimer kimi xəstəliklərə müsbət təsir göstərir.

4. DƏRİNDƏN NƏFƏS ALIN

Dərin nəfəs meditasiya effekti yaratdığından, hipokampusun (beynin yaddaşla əlaqəli hissəsi) böyüməsinə səbəb olacaqdır. Bu isə o deməkdir ki, yaddaşınız daha yaxşı işləyir..

5. TELEVİZORU SÖNDÜRÜN

Araşdırmalar göstərir ki, uzun müddət televizor qarşısında vaxt keçirənlərin beyni daha az düşünür və passivləşir. Bu da öz növbəsində yaddaşa mənfi təsir edə bilir.

Televizoru söndürmək və digər fəaliyyətlərlə məşğul olmaq yaddaşınızı yaxşılaşdıra bilər.

6. İDMAN EDİN

İdman etmək beyin fəaliyyətini 40 faiz artırır. Bədən fəal olduqda beyin də fəalliyyəti artır.

7. YAXŞI YATIN

Yuxu beynin istirahətidir. O hər gün öz vaxtında dincəlməlidir ki, yeni günə daha dinc bir şəkildə başlasın.
Buna görə də yaxşı yatmaq gələcək illərdə beyin funksiyalarınızı qorumağa kömək edəcək.

8. RƏQS KURSLARINA QOŞULUN

Rəqsin həm müəyyən qaydaları, həm də yaradıcılığı ehtiva etməsi beyin fəaliyyətini sürətləndirir.

Bundan əlavə, rəqs özü idman funksiyasını yerinə yetirdiyi üçün qan dövranını sürətləndirir və beyni daha çox qanla təmin edir.

9. MUSİQİ ALƏTLƏRİ

Tədqiqatçılar 10 ildən çox musiqi ifa edənlərlə az və ya heç musiqi ifa etməyən insanlar arasında beyin fəaliyyətində fərqlər müşahidə ediblər.

Bu tapıntılara əsaslanaraq, onlar musiqi ifa etmək və hadisələrin yaddaşa yazılması arasında bir bağlılıq olduğunu müəyyən ediblər.

10. XATIRLAYIN

Aparılan elmi araşdırma və təcrübələr sübut edib ki,  öyrənilən bilikləri xatırlamaq yaddaşı daha güclü edir. Hansı ki, bu metod təkrar əzbərləməkdən daha effektiv nəticə verir.

11. MƏTN Stilinizi DƏYİŞİN

Beynin yeni forma və şəkillərə məruz qalması onun funksiyasını artırmağa imkan verir.

Kompüterdə sənədlərin yazı üslublarını dəyişdirdiyiniz zaman əvvəlcə çətinlik çəkəcəksiniz, ancaq zaman keçdikcə beyniniz yeni görüntüyə öyrəşəcək və güclənəcək.

12. MASA OYUNLARA DİQQƏT

Şahmat və ya pazl oyunu kimi oyunların beynin sərhədlərini aşaraq onun gücünü artırmağa kömək etdiyi deyilir.

Faydalı olduğu bilinən bu oyunlarla yanaşı, kənardan kömək almadan oynanan stolüstü oyunların da (monopol, scrabble və s.) yaddaşı gücləndirməyə kömək etdiyi aşkar edilmişdir.

13. TOXUMA

Sakitləşdirici təsiri olduğu deyilən toxuculuq və bağçılıq kimi gündəlik fəaliyyətlər diqqəti və yaddaşı gücləndirir.

14. MÜTALİƏ EDİN

Kitab oxumağın yaddaşı gücləndirdiyi bildirilsə də, əslində yaddaşı gücləndirən keyfiyyətli mütaliədir.

Sadəcə roman oxumaqdansa, məqalələr üzərində düşünmək imkanı verəcəyi üçün beyin üçün daha faydalı olacağı ifadə edilir.

Çox kitab və ya məqalə oxumaqdansa, nisbətən az oxumaq və onlar haqqında daha çox düşünmək yaddaşınızı gücləndirməyə kömək edəcək.

15. SOSİAL OLUN

Araşdırmalar göstərir ki, ictimai həyatında aktiv olan insanların yaddaşı daha güclü olur və Alzheimer xəstəliyinə tutulma riski daha azdır.

 

0 şərh